Aİ və Tacikistan Orta Dəhliz və rəqəmsal infrastruktur üzrə planları inkişaf etdirir – Avropa Komissiyası (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Tacikistan və Avropa İttifaqı regional nəqliyyat və rəqəmsal
infrastrukturun gücləndirilməsi üzrə əməkdaşlığı aktivləşdirir və
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) xüsusi diqqət
yetirir

Bunu Trend
verdiyi özəl müsahibədə Avropa Komissiyasının nümayəndəsi
bildirib.

Komissiya nümayəndəsi bildirib ki, nəqliyyat bağlantısı Aİ ilə
Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir
və TBNM-in inkişafı birgə səylərin mərkəzində dayanır.




“Aİ Tacikistanı Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən
inteqrasiya olunmuş şəbəkənin mühüm həlqəsi kimi görür. Hazırda Aİ
Tacikistanın Nəqliyyat Nazirliyi ilə ölkədə prioritet infrastruktur
layihələri üzrə müzakirələr aparır”,- deyə Avropa Komissiyasının
nümayəndəsi vurğulayıb.

Layihələrdə əldə olunan irəliləyişi qeyd edən nümayəndə,
yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş “Connectivity
Forum” (Əlaqəlilik Forumu) çərçivəsində aparılan müzakirələrin
nəticələrinə toxunub.

“2025-ci il noyabrın 27-də Aİ Daşkənddə təşkil olunan TBNM və
əlaqəlilik üzrə İnvestisiya Forumunun həmtəşkilatçısı qismində
çıxış edib, burada TBNM üzrə əldə olunan irəliləyiş nəzərdən
keçirilib və “Global Gateway” proqramı çərçivəsində yeni nəqliyyat
layihələri və investisiyalar elan olunub. Bu təşəbbüslər regionda
əlaqəliliyin daha da möhkəmləndirilməsinə xidmət edəcək”, – deyə
Avropa Komissiyasının nümayəndəsi bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir