
Bakı. Trend:
Cari ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün burada
ümumilikdə vəziyyət stabildir.
Trend bu barədə
Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, cari ildə valyuta bazarında təklif tələbi
üstələdiyi üçün burada ümumilikdə vəziyyət stabildir. 2025-ci ilin
yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici
valyutanın alışı satışını 393 milyon ABŞ dolları üstələyib.
“Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma
səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə
enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu
şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları
4.3% artaraq 11.4 milyard ABŞ dollarına çatıb”, – məlumatda
vurğulanıb.

