“PAŞA Bank” süni intellekt üzrə təlim proqramına qeydiyyata start verdi

Baş səhifə

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və
bazarda aktiv fəaliyyət göstərən akademiyalardan biri Div Academy
ortaq əməkdaşlıq çərçivəsində yeni sosial yönümlü təşəbbüs –
AI for Good” süni intellekt təlim
proqramının qeydiyyat prosesinə start verib. Layihə valideynini
itirmiş, 18–23 yaş arası gənclərin rəqəmsal bacarıqlara çıxışını
genişləndirməyi və onların əmək bazarına inteqrasiyasını
dəstəkləməyi hədəfləyir.

Proqram tam olaraq ödənişsizdir və tədris xərcləri layihənin
tərəfdaşları tərəfindən qarşılanır.

3 ay davam edəcək təlim müddətində iştirakçılar:




  • Süni intellektin əsasları və tətbiq sahələri,
  • No-code texnologiyaları və onların real biznes proseslərində
    istifadəsi,
  • Rəqəmsal bacarıqların inkişafına dair praktiki yanaşmalar üzrə
    biliklər əldə edəcəklər.

Tədris prosesi həmçinin mentorluq görüşləri, sahə mütəxəssisləri
ilə interaktiv sessiyalar və real layihələr üzərində çalışma
imkanları ilə zənginləşdiriləcək.

Layihə “PAŞA Bank”ın sosial məsuliyyət strategiyasına uyğun
olaraq gənclərin inkişafına, rəqəmsal savadlılığın artırılmasına və
gələcək peşə perspektivlərinin genişləndirilməsinə töhfə verməyi
hədəfləyir. Bank fəaliyyətə başladığı gündən insan kapitalının
inkişafını, biliklərin paylaşılmasını və regional potensialın
gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.
“PAŞA Bank” gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını
genişləndirən layihələrə imza atmağa davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir