RİNN əməkdaşları üçün hesabatlılıq və şəffaflığa dair növbəti təlim keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin daha bir qrup
əməkdaşı üçün “Hesabatlılıq və şəffaflığın təmin olunması: normativ
hüquqi baza və institusional mexanizmlər” mövzusunda təlim təşkil
olunub.

Bu barədə Trend-ə RİİN-dən məlumat verilib.

Bildirilib ki, tədbir “Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət
Planı” çərçivəsində baş tutub.




“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd
Nuriyev bu sahədə strategiya və fəaliyyət planlarının qəbul
edildiyini xatırladıb. Hüquqpozmalara qarşı görülən qabaqlayıcı
tədbirlər, bu sahədəki qanunvericilik barədə məlumat verib. Qeyd
edib ki, hesabatlılıq və şəffaflıq həyata keçirilən islahatların
effektivliyini daha da artırır.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai
Birliyinin sədri Zaur İbrahimli şəffaflıq və hesabatlılığın
əhəmiyyəti barədə nümunələr təqdim edib. Təlimdə iştirakçıların
sualları cavablandırılıb.

Tədbir qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq proqramı
çərçivəsində həyata keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir