"Qarabağ" – "Ayaks" oyunu bu TV-də yayımlanacaq

Baş səhifə

“Qarabağ” klubu bu gün Çempionlar Liqasının Liqa mərhələsində 6-cı turun oyununa çıxacaq.

Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Niderland “Ayaks”ını qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Modern.az xəbər verir ki, “Qarabağ” – “Ayaks” oyunu İctimai Televiziyada yayımlanacaq.

Həmin vaxtda “CBC Sport” telekanalı “Vilyarreal” – “Kopenhagen” matçını göstərəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir