
Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Sistemdən istifadə etmək üçün istifadəçilər tərəfindən aşağıda qeyd olunan xidmətlər üzrə hər müraciətə görə aşağıda qeyd olunan məbləğlərdə istifadə haqqı ödənilir:
|
Sıra №-si |
İstifadə növü |
Məbləğ (manatla) |
|
1 |
2 |
3 |
|
2.1.1. |
Texniki reqlamentlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının elektron formada yaradılması |
10 |
|
2.1.2. |
Orta riskli mallar üçün uyğunluğu qiymətləndirən qurum tərəfindən uyğunluğun təsdiqi barədə təsdiqedici sənədin elektron formada yaradılması |
5 |
|
2.1.3. |
Texniki reqlamentlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq bəyannamələrinin elektron formada yaradılması |
ödənişsiz |
|
2.1.4. |
Malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun və işçi heyətin müvafiq standartlaşdırma sahəsində normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının elektron formada yaradılması |
10 |
|
2.1.5. |
Xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə qərarların elektron formada yaradılması |
20 |
|
2.1.6. |
İnspeksiya orqanının rəyinin elektron formada yaradılması |
50 |
|
2.1.7. |
Sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlərin elektron formada yaradılması |
1 |
|
2.1.8. |
Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin elektron formada yaradılması |
ödənişsiz |
|
2.1.9. |
Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin elektron formada yaradılması |
1 |
|
2.1.10. |
Ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla) elektron formada yaradılması |
1.50 |
|
2.1.11. |
Yararsızlıq haqqında bildirişlərin yaradılması |
ödənişsiz |

