Neft-qaz sənayesində korroziya nəticəsində yaranan itkilər 1 milyard ABŞ dollarını ötür

Baş səhifə

Bakı. Trend:

Materialların Mühafizəsi və Performansı Assosiasiyasının (AMPP)
məlumatına əsasən, yalnız neft-qaz sənayesində korroziya
nəticəsində yaranan itkilər 1 milyard ABŞ dollarını ötür.

Trend xəbər
verir ki, bunu “Emerson” şirkətinin Azərbaycan və Türkiyə üzrə
təhlükəsizlik həlləri satış mühəndisi Bilgehan Karakuş bu gün
Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings
Conference” tədbirində çıxışı zamanı deyib.

Şirkət nümayəndəsi neft-qaz sənayesində korroziya risklərinin
idarə olunmasında mövcud yanaşmaların üstünlükləri və
çatışmazlıqları barədə məlumat verib. O bildirib ki, CAPEX (kapital
xərcləri) yanaşması çərçivəsində korroziyaya daha davamlı
metallardan istifadə etmək mümkündür:

“OPEX (operativ xərclər) baxımından isə müxtəlif inhibitorlardan
yararlanmaq olar. Lakin mütəxəssisin fikrincə, bu yanaşmaların heç
biri problemin tam həlli deyil. Korroziya və eroziya prosesləri
monitorinq olunmadıqda, istehsal təhlükəsizlik məqsədilə maksimum
tutumdan aşağı səviyyədə saxlanılır və bu da prosesin suboptimal
işləməsinə səbəb olur. Nəticədə, gözlənilməz dayanmalara rast
gəlinir ki, bu da şirkətlərə milyonlarla dollar zərər vura bilər.
Bəzi hallarda bu cür dayanmalər təkrarlanır, çünki ardıcıl olaraq
yeni sızmalar aşkar edilir”.

“Materialların Mühafizəsi və Performansı Assosiasiyasının (AMPP)
məlumatına əsasən, yalnız neft-qaz sənayesində korroziya
nəticəsində yaranan itkilər 1 milyard ABŞ dollarını ötür.
Mütəxəssis bildirib ki, effektiv həll yolu risklərin
monitorinqindən başlanır. Bu sahədə qaz sızmasının aşkarlanması,
boru daxilində quraşdırılan korroziya zondları, kuponlar, eləcə də
ER və LPR (elektrorezi̇sti̇vli̇k və xətti poliarizasiya müqaviməti)
metodlarından istifadə edilə bilər. Bu üsullar boru kəmərinin
daxilindəki korroziya səviyyəsini müəyyən etməyə imkan verir”, –
Bilgehan Karakuş vurğulayıb.




O qeyd edib ki, “Emerson”un isə ən effektiv hesab etdiyi həll
qeyri-invaziv ultrasəs divar qalınlığı ölçmə (UT)
texnologiyasıdır:

“Bu həll onlayn və simsiz formada tətbiq olunur. UT ölçmələri
vasitəsilə borunun divar qalınlığı, korroziya sürəti və istismar
müddətinin sonuna qədər qalan resurs müəyyən edilir.

Bundan əlavə, mövcud ölçmələr analitik platformalara, o cümlədən “AspenTech” proqram təminatına inteqrasiya oluna bilər. Buraya pH
göstəriciləri, təzyiq, temperatur və xəttdaxili korroziya
zondlarından alınan məlumatlar da əlavə olunur. Nəticədə daha geniş
analiz və dəqiq proqnozlar əldə edilir.
Analitik nəticələr korroziya mühəndisləri, texniki xidmət
mütəxəssisləri, proses mühəndisləri və qurğu menecerləri üçün
fərqli ekran və hesabatlar şəklində təqdim olunur. Məsələn,
korroziya mühəndisləri əsasən texniki göstəricilərlə maraqlanırsa,
qurğu menecerləri üçün xərclər, itkilər, investisiya gəlirliliyi və
istehsalın nə vaxt dayandırılmalı olduğu daha önəmli ola
bilər”.

Mütəxəssis yekunda vurğulayıb ki, bu yanaşma korroziya
risklərinin real vaxt rejimində idarə olunmasına, planlaşdırılmamış
dayanmaların azalmasına və ümumilikdə istehsalın daha təhlükəsiz və
səmərəli təşkilinə imkan yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir