Bəzi hallarda işəgötürən məsul vəzifələrə götürdüyü işçini asanlıqla vəzifədən azad edir – Vüqar Bayramov

Baş səhifə

Bakı. Trend:

Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya
göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan
bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanır. Amma Əmək
Məcəlləsində istisnalar var ki, bu da bir sıra hallarda
işəgötürənlər üçün sui-istifadəyə yol aça bilir.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında Əmək Məcəlləsində
dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı
deyib.




Millət vəkilinin sözlərinə görə, həmin istisnalardan biri də
tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların
qarşılıqlı razılığı ilə əsasında müddətli müqavilələrin
bağlanmasıdır.

“Bu da nəinki özəl, həmçinin bir sıra hallarda bəzi dövlət
qurumlarında müddətli müqavilələrə üstünlük verməsinə səbəb olur.
Bu da işçilərin əmək hüquqlarının daha yaxından qorunmasında
müəyyən çətinliklər yaradır. Nəticədə, işəgötürən hətta məsul
vəzifələrə belə işçini müddətli əmək müqaviləsi ilə cəlb edir və
daha sonra onu bir sıra hallarda asanlıqla işdən azad edir”, – deyə
deputat qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir