“Günəşli” sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)
tərəfindən həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarının
müdafiəsi, layiqli iş şəraitinin yaradılması, əməyin
təhlükəsizliyi, asudə vaxtının mənalı keçirilməsi tədbirləri ilə
yanaşı, sağlamlığının qorunması və istirahətinin səmərəli təşkili
istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilir,
müalicə və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır.

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən AHİK-in
“Günəşli” sağlamlıq mərkəzində də şərait yaxşılaşdırılıb,
infrastruktur yenilənib, mərkəz müasir tibbi avadanlıqlarla təchiz
edilib.

AHİK-in, dövlət qurumlarının nümayəndələri və Milli Məclisin
deputatları mərkəzdə görülən işlərlə tanış olublar.

Məlumat verilib ki, “Günəşli” sağlamlıq mərkəzi inzibati bina,
iki yataq korpusu, müalicə korpusu, diaqnostika mərkəzi, klub, rəqs
və idman meydançalarından ibarətdir. Burada ümumilikdə 243
çarpayılıq 133 otaq vardır. Sinir sistemi xəstəliklərinin müalicəsi
üzrə ixtisaslaşan mərkəz fizioterapiya xidmətləri, müalicəvi
naftalan, paranaft və mineral su vannaları təqdim edir. Burada
həmçinin kedr çəlləyi, akupunktura, biopunktura, limfodrenaj,
neyroson, ozonoterapiya, inhalyasiya və digər müalicə-profilaktik
prosedurlar həyata keçirilir.




Bildirilib ki, sağlamlıq mərkəzinin yararsız halda olan yataq
korpuslarının biri əsaslı şəkildə yenidən qurulub, şərait müasir
standartlara uyğun olaraq yaxşılaşdırılıb. Korpusda zəruri
avadanlıqlarla təchiz edilmiş 80 çarpayılıq 50 otaq vardır. Burada
yeni tibbi avadanlıqlarla təchiz olunmuş həkim, masaj və vanna
otaqları, həmçinin fizioterapiya kabinetləri müalicə alanların
xidmətindədir.

Bununla yanaşı, ərazinin infrastrukturu yenilənib, daxili
yollara yeni asfalt örtüyü çəkilib. Yaşıllaşdırma işləri
çərçivəsində əraziyə ağac və bəzək kolları əkilib, işıqlandırma
sistemi yenilənib, su təchizatı yaxşılaşdırılıb. Sağlamlıq mərkəzi
Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin
edilib.

Tədbir iştirakçıları “Günəşli” sağlamlıq mərkəzində yaradılan
şərait, müalicə və istirahət imkanlarını yüksək
qiymətləndiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir