Diasporla İş üzrə Dövlət Komitəsi “Könüllülər Proqramı”na qəbul elan edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
“Könüllülər Proqramı”na qəbul elan edir.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, proqramın məqsədi gənclərin diasporla iş,
lobbiçilik fəaliyyəti, xaricdə yaşayan azərbaycanlılarla, onların
yaratdığı diaspor təşkilatlarıyla, eləcə də Azərbaycana dost
münasibəti bəsləyən xalqların diasporları ilə əlaqələrin qurulması
və gücləndirilməsi, Azərbaycan dilinin və milli-mənəvi
dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi
istiqamətində həyata keçirilən layihələrdə fəal iştirakına şərait
yaratmaq, onların təcrübəsini artırmaq, könüllülük hərəkatını
inkişaf etdirməkdir.




Proqram müddətində könüllülərin müvafiq sahələrdə təcrübə
qazanması üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin təşkil edəcəyi təlim və layihələrdə iştirakı nəzərdə
tutulur. Bu layihələrdə və təlimlərdə iştirak etməklə gənclər
yüksək bilik-bacarıq və təcrübələrə yiyələnmək imkanı
qazanacaq.

“Könüllülər Proqramı” 2026-cı ilin fevral ayından başlayaraq 6
ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa
çatdıran və öz öhdəliklərini yerinə yetirən gənclər proqramın
sonunda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi tərəfindən sertifikatla təltif olunacaq.

Müraciət üçün son qeydiyyat tarixi 10 yanvar 2026-cı ildir.
Diaspor könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər komitənin
rəsmi internet səhifəsindən QR kod vasitəsilə qeydiyyatdan keçə
bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir