Türkiyədə fabrik yanır – FOTO

Baş səhifə

Türkiyənin Kırıkale vilayətində yerləşən fabrikdə yanğın baş verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, hazırda əraziyə çox sayda yanğınsöndürmə qüvvələri cəlb olunub.

Fabrikdə iş saatı olsa da hələlik tələfatla bağlı dəqiq məlumat yoxdur. Yanğının sənaye bölgəsindəki digər fabriklərə sıçramasına qarşı tədbirlər görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir