
Bakı. Trend:
Dekabrın 10-da SOCAR-ın prezidenti Rövşən Nəcəf “Saipem S.p.A.”
şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti
ilə görüşüb.
Trend bu barədə
SOCAR-a istinadən xəbər verir.
Görüşdə SOCAR ilə “Saipem S.p.A.” şirkəti arasında əməkdaşlıqdan
məmnunluq ifadə edilib. “Saipem S.p.A.” şirkəti tərəfindən
ölkəmizdə icra edilən layihələr üzrə potensial əməkdaşlıq imkanları
müzakirə olunub.
Eyni zamanda görüş çərçivəsində qarşılıqlı tərəfdaşlığın daha da
genişləndirilməsinə töhfə verəcək növbəti addımlar barədə fikir
mübadiləsi aparılıb.

