RİNN-də Çinin Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin nümayəndələri ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov
Çin Xalq Respublikasının Dövlət Şurası yanında Dövlət Əmlakına
Nəzarət və İdarəetmə Komitəsinin (SASAC) nümayəndə heyəti ilə görüş
keçirib.

Trend bu barədə
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər
verir.

Görüşdə Azərbaycan ilə Çin arasında nəqliyyat və logistika
sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə
olunub.

Saməddin Əsədov qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol”
təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və Orta Dəhlizi
onun əsas tərkib hissəsi kimi görür.




Nazir müavini son 20 ildə ölkədə nəqliyyat infrastrukturuna
yatırılan sərmayələr və həyata keçirilən iri bağlantı layihələri
barədə ətraflı məlumat verib. Qeyd olunub ki, region ölkələri ilə
fəal əməkdaşlıq nəticəsində tranzit marşrutlarının səmərəliliyi
əhəmiyyətli dərəcədə yüksəlib.

Görüşdə, həmçinin Zəngəzur dəhlizinin tikintisi üzrə görülən
işlər barədə Çin tərəfinə məlumat verilib. Qeyd edilib ki, layihə
regional kommunikasiyaların şaxələndirilməsinə, eləcə də bölgədə
davamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcək.

Tərəflər nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın
genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni
təşəbbüslərin həyata keçirilməsi üçün böyük imkanların mövcud
olduğunu vurğulayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir