Attestasiyadan keçə bilməyən bu müəllimlərin müsabiqə nəticələri məlum olub

Baş səhifə

Bakı.Trend:

Attestasiya nəticələrinə əsasən 3 əleyhinə – 2 lehinə səs
toplayaraq tutduğu vəzifəyə uyğun hesab edilməyən namizədlər üçün
təşkil edilmiş xüsusi müsabiqənin müsahibə mərhələsinin nəticələri
elan olunub.

Trend xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər nəticələrlə “MyCulture” vahid şəxsi
kabineti vasitəsilə tanış ola bilərlər.




Qeyd edək ki, müsahibə mərhələsi üzrə keçid balı 32 baldır.

Müsahibə nəticəsindən narazı qalan namizədlər üçün apellyasiya
imkanı yaradılıb. Apellyasiya müraciətlərinin qəbulu 10–13 dekabr
tarixlərində “MyCulture” vahid şəxsi kabineti üzərindən elektron
şəkildə qəbul ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir