“Intel” Avropa Komissiyasına qarşı məhkəməni uduzub: külli miqdarda cərimə ödəyəcək

Baş səhifə

Bakı. Trend:

Amerikanın texnologiya nəhəngi “Intel” Avropa Komissiyasına
qarşı apellyasiya məhkəməsini uduzub. Avropa İttifaqının Ümumi
Yurisdiksiya Məhkəməsi korporasiyanın Avropa Komissiyası tərəfindən
2023-cü ildə tətbiq edilmiş antiinhisar cəriməsi ilə bağlı verdiyi
apellyasiya şikayətini təmin etməyib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, məhkəmə təyin olunan cərimə məbləğinin həddən
artıq çox olduğunu hesab edərək onu üçdə bir həcmində ( 376 milyon
avrodan 237 milyon avroya) azaldıb.

Qeyd edək ki, Avropa Komissiyası cəriməni onunla əsaslandırır
ki, 2002-ci ilin noyabrından 2006-cı ilin dekabrınadək “Intel”
korporasiyası “HP”, “Acer” və “Lenovo” şirkətlərinə rəqib
mikroproses istehsalçıları, ilk növbədə AMD-nin məhsulları ilə
təchiz olunmuş cihazlarının buraxılışını təxirə salmaları və ya
onlardan tamamilə imtina etmələri üçün həmin şirkətlərlə gizli
ödənişlər edirdi. Belə ödənişlər tənzimləyici qurumlar tərəfindən
rəqabətin birbaşa məhdudlaşdırılması kimi qiymətləndirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir