“Azərxalça” ASC Bəhreyndə ilin ən böyük sərgisi Mara’ee 2025 – in iştirakçısı oldu

Baş səhifə

Bakı. Trend:

8-ci Mara’ee 2025 sərgisi Bəhreyn Beynəlxalq Dözümlülük Kəndində
baş tutub.

Sərgi Bəhreyn Krallığının Kralı Əlahəzrət Həməd bin İsa Əl
Xəlifənin himayəsi altında 8-13 dekabr 2025-ci il tarixlərində
Saxir şəhərində keçirilir.

Bu tədbir regionun ən böyük xüsusi sərgisidir və Krallığın
davamlı kənd təsərrüfatı və qida təhlükəsizliyinə sadiqliyini
inkişaf etdirmək üçün vacib platforma rolunu oynayır.




Bu illik sərgidə kənd təsərrüfatı və heyvan sərgiləri, incəsənət
sərgisi, irs kəndi, fermerlər bazarı, heyvandarlıq bazarı və əlavə
fəaliyyətlər daxil olmaqla geniş yerli və beynəlxalq iştirak təqdim
olunur. Tədbirin iştirakçıları sırasına Körfəz Əməkdaşlıq Şurası və
ərəb ölkələri ilə yanaşı digər dəvət olunmuş xarici ölkələr, o
cümlədən Azərbaycan daxildir. Həmçinin proqrama beynəlxalq at
sərgisi də daxil olub, Azərbaycanın Qarabağ atları da tədbirdə
geniş proqramla iştirak edib.

“Mara’ee 2025” sərgisinin rəhbərliyinin rəsmi dəvəti ilə bu
mərasimdə iştirak edən “Azərxalça” ASC yaradıcı heyyəti Azərbaycan
mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün
dünyaya nümayiş etdirib. Sərgidə Cəmiyyətin müxtəlif xalça
kolleksiyalarından nümunələrlə yanaşı, əsl əl işi milli xalçaların
nümayişi baş tutub.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və
mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər. Eyni zamanda
iştirakçılar Azərbaycan xalçaları barədə ətraflı məlumat alma,
onlarla xatirə şəkli çəkdirmək və azərbaycanlı toxucu xanımla əsl
əl işi Qarabağ xalçasının toxunmasında iştirak etmək imkanı əldə
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir