
Bakı. Trend:
Bakının sevimli qış ənənələrindən olan “Soyuq Əllər, İsti Ürək”
xeyriyyə yarmarkası Fəvvarələr Meydanında öz qapılarını şəhər
sakinlərinə açıb.
Coca-Cola Azərbaycan “Nargis” Fondunun təşəbbüsü ilə həyata
keçirilən yarmarkanın bu il də əsas tərəfdaşlarından biridir.
Şirkət yarmarkada ən diqqətçəkən elementlərdən olan ikonik
Yeni il Şam Ağacını və Şaxta Baba evini
quraşdırmaqla bayram ab-havasının yaradılmasına öz töhfəsini
verib.
Bu il qonaqları 60 böyük və 20 kiçik dekorativ ev, iki mərtəbəli
üç restoran, xüsusi hazırlanmış oyun tuneli, “xoxan” labirinti,
fotozonalar, iki “photo booth” və sirk elementləri ilə
zənginləşdirilmiş tamamilə yeni məkanlar qarşılayır. Ziyarətçilər
həm Şərq, həm də Qərb ləzzətlərinin təqdim olunduğu stendlərdə isti
təamlardan dadmaq, eksklüziv əl işlərini əldə etmək və müxtəlif
oyunlarda iştirak etmək imkanı qazanırlar.
2013-cü ildən “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən
yarmarkada sponsorlarının dəstəyi və dekorativ evlərin kirayəsindən
toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən
uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına
yönəldilir.
Həmçinin, internat və uşaq evlərindən olan azyaşlılar
yarmarkanın fəxri qonaqları kimi tədbirə qatılaraq xüsusi
proqramlarla qarşılanacaqlar.
Qeyd edək ki, yarmarkaya dəstək olmaqla Coca-Cola Azərbaycan
sosial məsuliyyətini yerinə yetirərək cəmiyyətdə müsbət fərq
yaratmaq öhdəliyini də həyata keçirir.
Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik
yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü
ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola
İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın
yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”,
“Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur
sərinləşdirici içki markalarının istehsalı və satışı ilə
məşğuldur.

