Korroziyaya nəzarət TANAP-ın boru kəmərinin təhlükəsizliyi və bütövlüyünün təmin edilməsi üzrə proqramının əsasını təşkil edir

Baş səhifə

Bakı. Trend:

Korroziyaya nəzarət boru kəmərinin təhlükəsizliyi və
bütövlüyünün təmin edilməsi üzrə proqramımızın əsasını təşkil
edir.

Trend xəbər verir
ki, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) korroziya və katod
mühafizəsi (CP) sahəsində inteqrasiya üzrə baş mühəndis Erkin Aksu
bu gün Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings
Conference” adlı beynəlxalq konfransda bildirib.

“Risklərin idarə edilməsi (RBI) yanaşması çərçivəsində katod
mühafizəsi ölçmələri, xətt üzrə təftiş məlumatları və boru kəməri
marşrutundakı torpağın növü nəzərə alınmaqla korroziya riski
qiymətləndirilir. Bu məlumatlar əsasında risk matriksi
formalaşdırılır ki, bu da baxış tələb edən sahələri və onların
tezliyini müəyyən etməyə imkan verir. Belə yanaşma xərclərin
optimallaşdırılmasına və aktivlərin xidmət müddətinin uzadılmasına
kömək edir”, – deyə o bildirib.




E.Aksunun sözlərinə görə, uzunməsafəli boru kəmərləri üçün əsas
çağırışlar daxili və xarici korroziya, eləcə də örtüyün
deqradasiyasıdır.

“Bu proseslərin vaxtında idarə olunmaması qəzalara, istehsalın
dayandırılmasına, ekoloji problemlərə və ciddi maliyyə itkilərinə
gətirib çıxara bilər. TANAP mühəndisləri örtük və katod mühafizəsi
sistemlərinin işini mütəmadi olaraq izləyir, sahə ölçmələri və
xarici baxışları əlaqələndirir, xətt üzrə təftiş məlumatlarını
xarici korroziya və metal itkisi baxımından təhlil edirlər. Bütün
nəticələr GIS platforması vasitəsilə rəqəmsal formatda izlənilir”,
– deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir