
Bakı. Trend:
Dekabrın 10-da “M” sinfinə aid dörd partlayış qeydə alınıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının
Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“Dekabrın 10-da Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə
03:27-də) rentgen diapazonunda 4296 (S18W46) ləkə qrupunda 20
dəqiqə davam edən M1.5 sinifli alışma qeydə alınıb”, – məlumatda
bildirilir.
Daha sonra M sinfinə aid daha üç alışma qeydə alınıb. Alışmalar
il ərzində qeydə alınmış ən böyük ləkə kompleksində baş verib; bu
kompleks 4294, 4296 və 4298 bölgələrindən ibarətdir.
Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə
bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 sinfi Yer
orbitində kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya uyğun gəlir.
Hər növbəti sinfə keçiddə güc on dəfə artır. Alışmalar adətən Günəş
plazmasının atılması ilə müşayiət olunur və bu buludlar Yerə
çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

