Azərbaycan və İƏİT arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Əlaqələr və
Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri ilə görüşdə
gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Trend xəbər verir ki, bu
barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatının (İƏİT) Qlobal Əlaqələr və Əməkdaşlıq
Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla
görüşüb.




Görüşdə Azərbaycan və İƏİT arasında əməkdaşlığın illər ərzində
davamlı inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, iqtisadi
diversifikasiyanın dəstəklənməsi, kiçik və orta sahibkarlığın
inkişafı, xarici investisiyaların yerli təchizatçılarla
əlaqələndirilməsi, rəqəmsallaşma və digər istiqamətlərdə görülmüş
işlər tərəfdaşlığın praktiki nəticələridir. Müxtəlif formatlarda
keçirilən vebinar, seminar və yüksək səviyyəli görüşlərin
tərəfdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib.

Tərəflər Azərbaycan və İƏİT arasında gələcək əməkdaşlıq
istiqamətlərini, korporativ idarəetmə, maliyyə, ticarət və digər
sahələrdə tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir