
Bakı.Trend:
Son illərdə Azərbaycanda ənənəvi ev telefonlarına maraq
nəzərəçarpacaq dərəcədə azalıb. Rabitə infrastrukturunun inkişafı,
mobil telefonların əlçatanlığının artması, internet üzərindən zəng
xidmətlərinin geniş yayılması sabit telefonlara olan tələbatı
minimuma endirib. Bir vaxtlar hər bir evin əsas ünsiyyət vasitəsi
sayılan stasionar telefonlar bu gün artıq daha çox formal və ya
xüsusi hallarda istifadə olunan bir rabitə növünə çevrilib.
Bəs, ötən il Azərbaycanda ev telefonlarının sayında
nə qədər azalma qeydə alınıb?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika
Komitəsindən bildirilib ki, Azərbaycanda 2024-cü il üzrə sabit
şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayında
azalma müşahidə edilib.
“2024-cü ildə mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı
2023-illə müqayisədə 213,8 00 nömrə azalıb”, – qurumdan əlavə
edilib.
Komitədən qeyd ediılib ki, 2024-cü ildə mənzillərdə sabit şəbəkə
telefonlarının sayı 1 milyon 95 min 200 olub. 2023-cü ildə isə bu
rəqəm 1milyon 309 min təşkil edib.
Qeyd edək ki, sabit telefonlar artıq əsas ünsiyyət vasitəsi kimi
istifadə olunmur və yalnız müəyyən hallarda, formal məqsədlər üçün
istifadə edilir.
Ötən illərin statistikasına baxdıqda, ev telefonlarının sayında
əhəmiyyətli azalma müşahidə olunur. Bu da göstərir ki, stasionar
telefonlar getdikcə gündəlik həyatda rolunu itirir və müasir rabitə
texnologiyalarının üstünlüyü daha aydın görünür. Beləliklə, bu
tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir.

