İcra başçısı 26 min olduğu deyilən plaşından danışdı

Baş səhifə

Bir müddət əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun geyindiyi plaşın qiyməti sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.

İcra başçının plaşının “Hugo Boss Burberry” brendinə məxsus olduğu və təxminən 26000 manat dəyərində olduğu iddia olunurdu.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən Mirhəsən Seyidovun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir və sözügedən geyimin yeni və bahalı brend deyil:

“İlk olaraq onu qeyd edim ki, bu brendin yeni bir marka olduğunu ilk dəfə sizdən eşidirəm. Hazırda bu plaş mənim əynimdədir və bunu 3 il bundan qabaq 350 manata almışam, – deyə o vurğulayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir