
Bakı. Trend:
Birləşmiş Krallığın “Vertical Aerospace” şirkəti 2029-cu ilin
əvvəlindən etibarən Böyük Britaniyada ilk uçan taksilərini
istifadəyə verəcəyini elan edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, uçan taksilər paytaxt Londonun biznes rayonu
sayılan Kanari Uorf və ən böyük nəqliyyat qovşaqları arasında təyin
olunacaq marşrutlar üzrə hərəkət edəcək.
Müştərilər hava ilə Kanari Uorfdan Hitrou və Qetuik hava
limanlarına, eləcə də Kembric və Oksford şəhərlərinə uça
biləcəklər.
Aerotaksi xidmətlərində dörd sərnişinlik yeri olan “Valo”
elektrik helikopterlərindən istifadə olunacaq. Sözügedən hava
nəqliyyat vasitəsi bir doluma 240 km/saat surətlə 160 km-ə qədər
məsafə qət edə bilir.

