Xaçmazın İcra başçısı Xaspoladoba kəndində şəhid Rəhim İmamovun ailəsini ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mütəmadi
olaraq şəhid və qazi ailələrini ziyarət edir, onların qayğıları ilə
maraqlanır, problemlərinin həllinə köməklik göstərir.

Trend xəbər verir
ki, Elnur Rzayev növbəti dəfə Xaspoladoba kəndində Vətən müharibəsi
şəhidi İmamov Rəhim Rauf oğlunun ailəsini ziyarət edib, sosial
qayğıları ilə maraqlanıb. Şəhidlərə rəhmət, qazilərə can sağlığı
diləyib. Bildirib ki, qəhrəman oğullarımızın şücaəti Vətən
torpaqlarının azadlığa qovuşmasında mühüm rol oynayıb və onların
döyüş meydanındakı igidliyi gələcək nəsillərə örnəkdir.




Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını
bildirib.

Qeyd edək ki, şəhid Rəhim İmamovun atası Rauf İmamov Birinci
Qarabağ müharibəsinin iştirakçısı olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir