Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Rektor Kuboku” keçirilib (FOTO)

Baş səhifə

BAkı. Trend:

Dekabrın 10-da Milli Gimnastika Arenasının köməkçi zalında
Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan İdman
Akademiyasının birgə təşkilatçılığı ilə idman gimnastikası üzrə
“Rektor Kuboku” yarışları baş tutub.

Trend xəbər verir
ki, yarışda akademiyanın bakalavriat səviyyəsinin birinci kursunda
təhsil alan tələbələrdən ibarət 16 komanda iştirak edib.

“Tərtər”, “Ağdərə”, “Bərdə”, “Qubadlı”, “Şuşa”, “Xocalı”,
“Xocavənd”, “Kəlbəcər”, “Xankəndi”, “Füzuli”, “Hadrut”, “Horadiz”,
“Cəbrayıl”, “Laçın”, “Qəbələ” və “Şəki” komandalarının təmsilçiləri
sərbəst hərəkətlər, halqalar və turnik üzərində çıxış edərək həm
fərdi, həm də komanda hesabında mübarizə aparıblar.




Qalib gimnastlar medal və hədiyyələrlə təltif olunublar.

Qeyd edilib ki, Azərbaycan Gimnastika Federasiyası ilə
Azərbaycan İdman Akademiyası arasında gimnastikanın inkişafı
istiqamətində bu günə qədər bir sıra layihələr uğurla həyata
keçirilib. “Rektor Kuboku” yarışının əsas məqsədi isə gimnastika
vasitəsilə müxtəlif fakültələrdə təhsil alan tələbələrin
təcrübəsinin artırılması və hazırlıq səviyyəsinin
gücləndirilməsidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir