Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının
əməkdaşları 12 dekabr – Ulu öndər Heydər Əliyevin anım günü ilə
əlaqədar olaraq Ümummilli Liderin məzarını ziyarət edib, əbədiyaşar
liderin abidəsi önünə əkil və gül dəstələri qoyublar.

Trend xəbər verir
ki, bu barədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatı məlumat yayıb.

Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı
tarixi xidmətlərinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Heydər
Əliyev ideyalarının hər zaman yaşayacağını, dövlətimizin inkişafına
bundan sonra da töhfə verəcəyini bildirib.

Polkovnik qeyd edib ki, veteranlar hər zaman olduğu kimi bundan
sonra da Heydər Əliyev ideyalarının gənclər arasında təbliğinə
xüsusi diqqət yetirməli, bu ideyaları qətiyyətlə həyata keçirən Ulu
Öndər Heydər Əliyev akademiyasının yetişdirməsi, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam
etməlidirlər.

Daha sonra veteranlar görkəmli oftalmoloq-alim, akademik Zərifə
Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, böyük alimin əziz
xatirəsini ehtiramla yad ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir