
Bakı. Trend:
İslandiya 2026-cı ildə Vyanada keçiriləcək “Eurovision-2026”
mahnı müsabiqəsinə İsrailin iştirak hüququna etiraz olaraq təmsilçi
göndərməyəcək.
Trend xəbər verir
ki, bu barədə Avstriyanın “Der Standard” qəzeti yayıb.
Beləliklə, İslandiya bu səbəbdən müsabiqədən geri çəkilən Avropa
Yayım İttifaqının beşinci üzvü olacaq. Daha əvvəl Niderland,
İspaniya, Sloveniya və İrlandiya da eyni mövqelərini
açıqlamışdılar.
Məlumata görə, müsabiqənin 70-ci yubileyi 2026-cı ildə Vyanada
keçiriləcək. İsrailin Qəzza zolağındakı hərəkətləri səbəbindən bir
neçə ölkə tədbiri boykot edir.
Qeyd edək ki, Vyana 1967 və 2015-ci illərdən sonra bu beynəlxalq
musiqi müsabiqəsinə üçüncü dəfə ev sahibliyi edəcək.

