ABŞ-da kommersiya xam neft ehtiyatları azalıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-də kommersiya xam neft ehtiyatları keçən həftə 1,8 milyon
barrel azalaraq 5 dekabr 2025-ci il tarixinə 425,7 milyon barrelə
düşüb.

Trend xəbər verir
ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.




Qeyd olunub ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün
beşillik orta göstəricidən 4% aşağıdır.

Bakı vaxtı ilə saat 19:30-a olan məlumatlara görə, Londonun ICE
birjasında “Brent” markalı neftin 2026-cı ilin fevral
fyuçerslərinin qiyməti 0,74% azalaraq 61,48 dollar/barel, WTI
markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 0,77% enərək 57,8
dollar/barel olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir