
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişilər arasında
boks üzrə dünya çempionatı davam edir.
Trend-in
məlumatına görə, yarışın növbəti günü Azərbaycan millisinin üç üzvü
yarımfinal mərhələsinə vəsiqə qazanıb.
48 kq çəki dərəcəsində çıxış edən Sübxan Məmmədov Özbəkistanlı
Şodiyorjon Melikuziyevi inamla məğlub edərək ilk dördlükdə yer
alıb.
92 kq çəki dərəcəsində Məhəmməd Abdullayev Türkmənistan
təmsilçisi Dövlət İslamovu üstələyərək yarımfinala yüksəlib.
Eyni çəki dərəcəsində Alfonso Dominqes Moldovalı Andrey
Zaplitnyiyə qalib gələrək milli komanda üçün günün üçüncü uğurunu
təmin edib və medal mübarizəsini davam etdirəcək.
Dünya çempionatı dekabrın 13-də başa çatacaq.

