
Bakı. Trend:
Boliviyanın sabiq prezidenti Luis Arse saxlanılıb.
Trend xəbər verir
ki, bunu Arsenin dövründə nazir olmuş Mariya Nela Prada
“Facebook”da canlı yayımda açıqlayıb.
Məlumata görə, Arse ölkənin keçmiş dövlət başçısı Evo Moralesin
dövründə (2006-2019-cu illər) iqtisadiyyat naziri olarkən Yerli
Xalqların İnkişaf Fondundakı korrupsiya işi ilə bağlı istintaq
çərçivəsində saxlanılıb.
Qeyd edək ki, Luis Arse 2020-2025-ci illərdə Boliviyaya
rəhbərlik edib.

