Paris məhkəməsi “Google France”ın bütün səhmlərinə həbs qoyub

Baş səhifə

Bakı. Trend:

Paris məhkəməsi “Google France” şirkətinin səhmlərinin 100%-nə
həbs qoyulması barədə qərar çıxarıb.

Trend xəbər verir
ki, sənəd dərhal icraya yönəldilir və qərarın Rusiyanın “Quql”
MMC-sinin “Google International LLC”yə qarşı müraciətinə yaxın
vaxtlarda baxılması ilə əlaqəli olduğu bildirilir.




“Google International LLC” həm Fransadakı, həm də Rusiyadakı
bölmələrin ana şirkəti hesab olunur.

Rusiyada “Quql” MMC-nin iflas prosesi davam edir. Bundan əvvəl
Moskva Arbitraj Məhkəməsi ana şirkəti iflasdan əvvəl qanunsuz
çıxarılan 112 milyon avroluq dividendi geri qaytarmağa məcbur
etmişdi. Həmin qərar Rusiyanın müraciətinin Fransada tanınması və
icrası üçün əsas kimi qəbul olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir