
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp cümə axşamı Tailand və Kamboca
liderləri ilə telefon danışığı aparacağını bildirib.
Trend-in
məlumatına görə, dövlət başçısı söhbətin əsas mövzusunun iki ölkə
arasında atəşkəsin pozulması ilə bağlı vəziyyət olacağını qeyd
edib.
“Düşünürəm ki, onları döyüşü dayandırmağa məcbur edə bilərəm.
Bunu başqa kim edə bilər?”, – deyə Tramp vurğulayıb.
O, dünyanın müxtəlif bölgələrində səkkiz müharibənin həllində
iştirak etdiyini xatırladaraq, bəzən həmin münaqişələrin yenidən
alovlandığını bildirib. Prezident hazırkı toqquşmanı da təkrar
dayandıracağına inandığını əlavə edib.

