Argentina Britaniya ilə silah məhdudiyyətlərinin yumşaldılmasını müzakirə edir

Baş səhifə

Bakı. Trend:

Argentina, 1982-ci il Folklend müharibəsindən sonra ölkəyə
müasir silahların satışına qoyulan məhdudiyyətlərin yumşaldılması
məsələsini Böyük Britaniya ilə müzakirə edir.

Trend xəbər verir
ki, bunu Argentina prezidenti Xavyer Miley “The Daily Telegraph”
qəzetinə müsahibəsində açıqlayıb.

Miley bildirib ki, “dünya gücləri hərbi güc olmadan fəaliyyət
göstərə bilməz” və bir ölkə sərhədlərini qoruya bilmirsə,
beynəlxalq arenada nəzərə alınmadığını qeyd edib.




Silah satışına dair məhdudiyyətlərin yumşaldılması üçün
danışıqların başlayıb-başlamadığı ilə bağlı sualı prezident müsbət
cavablandırıb. Nəşrin məlumatına görə, prosesdə ABŞ-ın Tramp
administrasiyası vasitəçilik edir və Argentinanı “Cənubi Atlantika
və Antarktidada Rusiya və Çinə qarşı mühüm dayaq” kimi görür.

Argentina lideri həmçinin 2026-cı ilin aprel və ya may aylarında
Birləşmiş Krallığa səfər etməyi planlaşdırdığını bildirib. Əgər
səfər baş tutarsa, o, 1998-ci ildən bəri Londona rəsmi səfər edən
ilk Argentina prezidenti olacaq. Miley Britaniyanın baş naziri Keir
Starmeri də Buenos Ayresə səfərə dəvət edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir