Qəzza “Sülh Şurası”nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza “Sülh Şurası”nın
üzvlərinin siyahısı gələn ilin əvvəlində elan olunacaq.

Trend-in
məlumatına görə, o, Şuranın qlobal liderlərdən ibarət olacağını
qeyd edib.




Tramp açıqlamasında bunun “indiyədək yaradılan ən əfsanəvi
şuralardan biri” olacağını vurğulayıb. Onun sözlərinə görə, Şura
əsasən dünyanın ən vacib ölkələrinin rəhbərlərindən formalaşacaq və
“hamı bu qurumda yer almaq istəyir”.

Atəşkəs sazişinə əsasən, “Sülh Şurası”nın Qəzzanın idarə
olunmasında yardımçı rol oynaması nəzərdə tutulur. ABŞ Prezidenti
həmçinin qrupun sədri vəzifəsini icra edəcəyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir