
Bakı. Trend:
Dələduzluq etməkdə təqsirləndirlən keçmiş vəkil Namizəd Səfərov
barəsində həbs qətimkan tədbrinin seçilməsi üçün məhkəməyə təqdimat
daxil olub.
Trend xəbər
verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri
seçilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli
sürülüb.
Qeyd edək ki, ittihama görə, özünü vəkil kimi təqdim edən
Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min
manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O,
işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə
inandırmaqla bu adla külli miqdarda pul alıb, lakin verdiyi vədi
yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

