ABŞ-nin populyar lotereyasında cekpot məbləği 1 milyard dollara çatıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin ən populyar lotereya oyunlarından sayılan “Powerball”da
cekpot mükafatının məbləği 1 milyard dollara çatıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə lotereyanın saytında məlumat
dərc olunub.




Çərşənbə günü lotereyanın növbəti tirajında da qalib
müəyyənləşmədiyindən, uduş məbləği 1 milyard dollara yüksəlib.
Məlumatda qeyd olunur ki, qalib şənbə günü müəyyənləşə bilər.

Qeyd edək ki, “Powerball” tarixində rekord cekpot məbləğinin
(2,04 milyard dollar ) uduşu 7 noyabr 2022-ci ildə qeydə alınıb.
Qalib Kaliforniya sakini Edvin Kastro olub və o, vergilərin
çıxılmasından sonra xalis 1 milyard dollar əldə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir