
Bakı. Trend:
5 dekabr 2025-ci il tarixində “JW Marriott Absheron Baku”
hotelində “HONOR”un müstəqilliyinin 5 illiyinə həsr olunmuş
təntənəli tədbir keçirildi. Mərasim çərçivəsində qonaqlar brendin
əsas nailiyyətləri, Azərbaycandakı inkişafı və gələn il üçün
strateji planları ilə tanış oldular.
Tədbirdə “HONOR”un Azərbaycandakı rəhbəri Jing Xi çıxış edərək,
brendin yerli bazarda inamlı artımını, məhsul portfelinin
genişlənməsini və əsas kateqoriyalarda payının möhkəmlənməsini
vurğuladı. O, həmçinin son beş ilin uğurlarından, yerli bestseller
modellərdən və “HONOR”un azərbaycanlı istehlakçılar arasında
tanınmasının artmasından danışdı. Onun sözlərinə görə, 2026-cı ildə
şirkət bazar payını artırmağı, yeni məhsul kateqoriyaları təqdim
etməyi və AI cihazları seqmentində innovasiya kursunu davam
etdirməyi planlaşdırır.
Beş il müstəqillik: brendin transformasiyası və
Azərbaycanda artım
Son beş ildə HONOR orta seqment smartfon istehsalçısından
“on-device AI” və ağıllı ekosistemlər sahəsində yeni sənayeni
formalaşdıran texnoloji liderə çevrilib.
Brend premium seqmentdə mövqeyini möhkəmləndirib, yerli
distribusiyanı artırıb və məhsul çeşidliliyini smartfonlardan
tutmuş, geyilə bilən cihazlar və AI-qadcetlərə qədər genişləndirib.
Azərbaycanda populyarlığın artması isə regionda bestseller olan
uğurlu modellərin ortaya çıxması və “HONOR”a innovativ, istifadəçi
yönümlü brend kimi artan etimadla bağlıdır.
Qlobal Alpha Strategiyası: smartfonlardan AI
ekosisteminə keçid
HONOR qlobal səviyyədə “Alpha Strategy” adlı genişmiqyaslı
beşillik inkişaf planını təqdim edib.
10 milyard dollardan artıq investisiyaya sahib olan bu
strategiya şirkətin AI ekosistemləri üzrə qlobal liderə
çevrilməsinə yönəlib.
Strategiya ənənəvi smartfonlardan AI telefon, “embodied
intelligence” (bədənə yönəlik intellekt) və qabaqcıl kameraları
özündə birləşdirən yeni cihaz kateqoriyası olan “Robot
Phone”a keçidi nəzərdə tutur. Artıq bu gün HONOR
“embodied intelligence” texnologiyasında
liderliyini nümayiş etdirir: şirkətin alqoritmləri ilə işləyən
robotlar məkanda effektiv hərəkət edir və saniyədə 4 metrə qədər
sürət yığa bilir.
HONOR, eyni zamanda, ağıllı ev, təhsil, nəqliyyat və IoT
sahələrini birləşdirən açıq 1×3×N ekosistemini
aktiv şəkildə inkişaf etdirir. HONOR AI Connect
platformasında artıq 30 milyondan çox qoşulu cihaz və dünyanın
müxtəlif ölkələrindən 350 000-dən çox tərtibatçı var.
Gələcəyə baxış
5 illik müstəqillik HONOR üçün həm qlobalda, həm də Azərbaycan
bazarında mühüm inkişaf mərhələsi oldu. Şirkət yeni mərhələyə daxil
olaraq, yerli bazarda mövqeyini gücləndirməyə və innovasiyaları
inkişaf etdirməyə davam edəcək, ağıllı cihazlar və AI ekosistemləri
sahəsində aparıcı oyunçulardan biri olaraq qalacaq.

