"Qarabağ" üç pillə gerilədi

Baş səhifə

“Qarabağ” klubu dünya reytinqində üç pillə geriləyib.

Modern.az-ın məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

187,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 65-ci sıraya düşüb.

“Sabah” (87,25 xal) 276-cı mövqedən 252-yə, “Zirə” (70,5 xal) 387-dən 360-a qalxıb.

“Araz-Naxçıvan” 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir