
Bakı.Trend:
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ)
ərazisində 10 kV-luq Masazır ehtiyat xəttində 11 dekabr tarixində
təmir işləri aparılacaq.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək
Xırdalan şəhəri Şıxəli Qurbanov, Kənd Xırdalan, Narlıq adlanan
yaşayış ərazisi, Mazasır qəsəbəsi Sarı Aşıq və Qaçaq Nəbi
küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

