Azərbaycanda seysmoloji vəziyyət necədir? – RƏSMİ AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

Dekabrın 9-da Qubada 3.3 və bu gün Xəzər dənizində isə 3.8
maqnitudalı zəlzələlər baş verib. Hər iki zəlzələ ölkəmizin seysmik
aktiv zonalarında qeydə alınıb və bu, təbii haldır. Azərbaycan
ərazisi, o cümlədən Xəzər dənizi, seysmik cəhətdən aktiv bölgələr
hesab olunur. Belə ərazilərdə zaman-zaman 3 və daha aşağı
maqnitudalı zəif zəlzələlər baş verir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Seysmoloji
Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan zəlzələlər güclü olmayıb və təhlükə
yaratmayıb.




“Qubada baş verən təkan ümumiyyətlə hiss olunmayıb və əhalidə
narahatlığa səbəb olmayıb. Bu səbəbdən hər hansı narahatlığa
ehtiyac yoxdur.

Eyni zamanda, qeyd olunmalıdır ki, zəlzələlərin dəqiq proqnozu
elmi cəhətdən mümkün deyil. Kiçik təkanlardan çıxış edərək, konkret
tarix və saatla güclü zəlzələ gözlənildiyini söyləmək əsassızdır.
Azərbaycanda fəaliyyət göstərən seysmik stansiyalar hər gün
maqnitudası 3-ə çatmayan, əhali tərəfindən hiss olunmayan çoxsaylı
təkanlar qeydə alır. Bu təkanlar seysmik aktiv bölgələr üçün normal
və gözlənilən hal hesab olunur. Hazırda narahatlığa əsas yoxdur”,
məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir