54 kq-a yaxın narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Baş səhifə

Bakı.Trend:

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının
“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 53
kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd narkotik tərkibli
metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan
Respublikasına keçirilməsinin qarşısı alınıb.

Trend xəbər
verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat
tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1991-ci
il təvəllüdlü Sadıqov Amil Vidadi oğlu şübhəli şəxs qismində
saxlanılmış, uçuş aparatı vasitəsilə sərhəd xəttinə yaxın əraziyə
atılmış ümumi çəkisi 9 kiloqram 760 qram narkotik vasitə marixuana
və 450 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq
götürülmüşdür.




İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik
vasitəni götürmək məqsədilə gəldiyini etiraf etmişdir.

Sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun
tədbirləri nəticəsində dekabrın ayının 7-də 20 kiloqram 240 qram
narkotik vasitə (19 kq 180 qram marixuana, 1060 qram metamfetamin),
dekabrın 9-da isə 23 kiloqram 250 qram narkotik vasitə marixuana və
1000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilmişdir.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir