Rusiyada universitetdə partlayış olub, biri uşaq olmaqla 2 nəfər ölüb

Baş səhifə

Perm Politexnik Universitetində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Partlayış nəticəsində biri 10 yaşlı uşaq olmaqla iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

Partlayışa ilkin səbəb kimi hidrodinamik stendin (mayelərin və qazların axınını öyrənmək üçün nəzərdə tutulmuş eksperimental qurğu) nasazlığı göstərilir, zərbə dalğası laboratoriyanın qapılarını qoparıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir