Ötən ay 28 aptekdə yoxlama aparılıb, 5 aptekdə çatışmazlıq aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci ilin
noyabr ayında 28 aptekdə yoxlama aparıb.

Trend xəbər
verir ki, bu barədə AEM məlumat yayıb.




Bildirilib ki, bunlardan 24-ü Bakıda, qalan dördü isə ölkənin
digər şəhər və rayonlarında olub:

“Mərkəz tərəfindən 22 aptekdə – planlı, 6 aptekdə isə
plandankənar yoxlamalar aparılıb. Monitorinq zamanı beş aptekdə
çatışmazlıqlar aşkar edilib. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar
tərtib edilib”, məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir