
Bakı. Trend:
Fransa hakimiyyətləri sərt büdcə islahatları şəraitində
ukraynalı qaçqınlara mənzil və yardım göstərmə proqramlarını
tədricən ixtisar etməyə başlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Le Monde” nəşrinin yazdığına görə, büdcə vəsaitlərinə qənaət
məqsədilə Fransa hökuməti ukraynalı qaçqınların yerləşdirilməsi
üzrə milli proqramı ümumiyyətlə dayandırmağı planlaşdırır.
2025-ci ildə ukraynalı qaçqınlar üçün ayrılmış mənzil fondu 8
mindən 4 min yerə endirilib, halbuki əvvəl bu rəqəm 30 minə
çatırdı. Hökumət həmçinin mənzillərin kirayəsi üzrə vasitəçilik
proqramından uzaqlaşmaq niyyətindədir. Bu proqram çərçivəsində
dövlət mənzilləri icarəyə götürərək ukraynalılara (onlar ödəniş
qabiliyyətinə malik olana və icarə müqaviləsini öz adlarına
keçirənə qədər) müvəqqəti sığınacaq yeri təmin edirdi.

