
Bakı.Trend:
Xəbər verdiyimiz kimi, dekabrın 9-u axşam
saatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçı
itkin düşüb.
Hadisə ilə bağlı FHN-dən Trend-ə bildirilib ki, hazırda itkin düşdüyü ehtimal
olunan şəxslərin axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
tərəfindən müxtəlif istiqamətlərdə davam etdirilir.
Qeyd edək ki, rayonun Şahağac kəndi ərazisində balıqçılar dənizə
çıxıb və geri qayıtmayıblar. İtkin düşən 1997-ci il təvəllüdlü
Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum
olduqları bildirilir.

