
Bakı.Trend:
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar)
barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə
prosesi davam etdirilib.
Trend xəbər
verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə ekspert
Nəzakət Qazıyeva ekspert rəyini yazılı şəkildə məhkəməyə təqdim
edərək nəticə hissəsini elan edib.
Ekspert videodakı sözlərin kəskin neqativ qiymətləndirildiyini
təhqir deyil, tənqid kimi dəyərləndirilməli olduğunu bildirib.
Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili
Asim Abbasov təqdim edilən rəyə etiraz edib.
Eyni zamanda, vəkil rəyin qərəzli olduğunu məhkəməyə
bildirib:
“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırkı direktoru
2021-ci ildə təyin olunub. Həmin dövr ərzində AMEA-nın prezidenti,
Dilçilik İnstitutunun direktoru və təqsirləndirilən şəxs arasında
əlaqə olub. Vəkil buna etiraz edib və yazılı təqdimat üçün vaxt
istəyib.
Vəkil Ülvi Nəsibli buna etiraz edib və etirazın prosesin
uzadılmasına söykəndiyini məhkəməyə bildirib.
Hakim iddiaçı tərəfə etiraz üçün vaxt verilməsi barədə qərar
qəbul edib.
Proses 15 dekabrda davam etdiriləcək.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin
147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham
qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress
2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə,
İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi
təqdim edib.

