Vaşinqton razılaşmaları Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün etibarlı əsasdır – Moody’s

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş sülh planı Azərbaycan ilə
Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün etibarlı
əsasdır.

Trend bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

“Azərbaycan ilə Ermənistan arasındakı konfliktlə bağlı risklər
hələ də davam edir. Lakin bizim zənnimizcə, konflikt o həddə qədər
eskalasiya etməyəcək ki, bu, siyasət formalaşdırma prosesini
əhəmiyyətli dərəcədə ləngitsin və ya 2026-cı ildə ölkələrin
iqtisadi və fiskal perspektivlərinə mənfi təsir göstərsin.

ABŞ-nin vasitəçiliyi ilə 2025-ci ilin avqust ayında Ermənistan
və Azərbaycan arasında əldə olunmuş sülh planı ikitərəfli
münasibətlərin normallaşdırılması üçün etibarlı əsas yaradır”, – “Moody’s”in hesabatında vurğulanıb.

Reytinq agentliyi qeyd edir ki, bu risklər tərəflərin güclü
iqtisadi artımını poza bilməz.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir