Xocalıya qayıdan növbəti sakinlərə evlərinin açarları təqdim edilib (FOTO/YENİLƏNİB)

Baş səhifə

Xocalı. Trend:

Xocalı rayonunun Şuşakənd, Badara və Ballıca kəndlərinə qayıdan
sakinlərə evlərinin açarları təqdim edilib.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, mənzillərin açarlarının təqdimat
mərasimində Prezidentin Xankəndi şəhərində xüsusi nümayəndəsinin
müavini Səbuhi Qəhrəmanov çıxış edib.

Qeyd edək ki, bununla da ümumilikdə Şuşakəndə 93 ailədən ibarət
341 nəfər, Ballıca kəndinə 237 ailədən ibarət 1054 nəfər, Badara
kəndinə isə 43 ailədən ibarət 154 nəfərin daimi qayıdışı təmin
edilib.

13:50
xxx

Xocalı rayonunun Şuşakənd, Badara və Ballıca kəndlərinə yola
salınan köç karvanı mənzil başına çatıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, köç karvanı Ağdamın Dördyol
adlanan ərazisindən yola salınıb.

Daha sonra doğma yurda köçən ailələrə mənzillərin açarları
təqdim ediləcək.




13:25
xxx

Ağdam.Trend:

Xocalı rayonunun Şuşakənd, Badara və Ballıca kəndlərinə növbəti
köç karvanı yola salınıb.

Trend-in yerli
müxbirinin xəbərinə görə, bu mərhələdə Xocalının Badara kəndinə 6
ailə – 18 nəfər, Ballıca kəndinə 9 ailə – 38 nəfər, Şuşakənd
kəndinə isə 14 ailə – 51 nəfər köçürülür. Köçürülənlər
respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.

Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı
çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə
həyata keçirilir.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir