
Bakı. Trend:
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan
işçilərin siyahısında dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, 1941-1945-ci illər müharibəsində
döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş,
lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara 46
təqvim günündən az olmayaraq məzuniyyət verilir.
Layihədə sözügedən müddəanın qanunvericilikdən çıxarılması
təklif edilir.

