Bu şəxslərə iş yerində azı 46 gün məzuniyyət veriləcək

Baş səhifə

Bakı. Trend:

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan
işçilərin siyahısında dəyişiklik ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.




Sənədə əsasən, aşağıdakı işçilərə 46 təqvim günündən az
olmayaraq məzuniyyət veriləcək:

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin
    və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar
    hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri)
    yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini
    (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən
    əlilliyi olan işçilərə;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan
    döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı
    almış işçilərə;
  • Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə
    yetirmiş hərbi qulluqçu olmuş işçilərə;
  • Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş
    işçilərə.
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir